"Fənərbaxça"da şok itki: 2 ay oynamayacaq

17:13 - 10 Oktyabr 2016

"Fənətbaxça"nın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin gənc yarımmüdafiəçisi Ozan Tufan sıradan çıxıb. 20 yaşlı futbolçu dünən keçirilən İslandiya - Türkiyə qarşılaşmasında zədələnib.

 

Matçdan sonra keçirilən tibbi müayinədə zamanı 20 yaşlı futbolçunun durumunun ciddi olduğu üzə çıxıb. Ozan Tufan 2 ay müddatinə yaşıl meydanlardan uzaq qalacaq.

Xəbər xətti