"Qalatasaray"ın zədəliləri komandaya qoşuldu

18:50 - 12 Oktyabr 2016

"Qalatasaray"ın zədəli futbolçuları məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, "cim bom"un zədəli olan futbolçuları Hakan Balta, Serdar Aziz, Eren Derdiyok və Naycel De Yonq artıq zədəsini sağaldıb. Adları qeyd olunan futbolçular bu gün kollektivlə birlikdə məşqdə iştirak edib. 4 futbolçu da Super Liqanın 7-ci turu çərçivəsində "Gənclər Birliyi" ilə matçda iştirak edə biləcək.

 

Hollandiya millisinin Belorusla oyununda zədələnən Uesli Sneynerin isə müalicəsi davam edir. Bundan başqa islandiyalı forvard Kolbeinn Sigtorsson da zədə səbəbindən məşqlərdə iştirak edə bilmir.

Xəbər xətti