Volkan Dəmirəli aldadaraq qaçdı

23:42 - 13 Oktyabr 2016

“Fənərbaxça”nın qolkiperi Volkan Dəmirəlin başına maraqlı hadisə gəlib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubunun qapıçısının 20 milyon avro dəyərində gəmi sifarişi verdiyi firmanın şəriki yoxa çıxıb. 2004-cü ildə qurulan “Concept Marine” firmasının əməkdaşlarından olan Moris Alqazi Türkiyədən qaçıb.

 

“Hürriyet”in xəbərinə görə, Alqazi bir gəmini üç ayrı müştəriyə satıb və ümumilikdə 50 milyon dollardan çox pulla ölkədən qaçıb. Onun başqa dələduzluq etdiyi də bildirlir.

 

Alqazinin şəriki olan Haluk Gündoğdu da ondan xəbər ala bilmədiyini ancaq gəmilərin təhvil verilməsində də bir gecikmə olmadığını söyləyib.

 

Zərər çəkmiş müştərilərdən biri olan Volkan Dəmirəl isə firmadan cavab gözləyir.

Xəbər xətti