"Beşiktaş"ın futbolçusuna zədəsi sağalmadan oynamağı baha başa gəldi

13:36 - 14 Oktyabr 2016

"Beşiktaş"ın gənc futbolçusu Oğuzhan Özyakupun zədəsini tam sağaltmadan oynamaq istəyi ona baha başa gəlib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında "Benfika"ya qarşı oyunda sol ayağında burxulma ilə əlaqədar zədə olduğundan oyunu yarımçıq tərk etmişdi. Ancaq o, 10 gün sonra sağaldığını bildirib "Qalatasaray"a qarşı oyunda forma geyib.

 

Bu oyunda da eyni şəkildə zədələnən Oğuzhan ilk 45 dəqiqənin sonunda meydanı tərk etmək məcburiyyətində qalıb. Derbidə oynamaq istəyi futbolçunun sağalma müddətini uzadıb. Onun 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xəbər xətti