Adriano: "Luis Enrikeni günahlandırmıram"

18:58 - 14 Oktyabr 2016

"Beşiktaş"ın "Barselona"dan transfer etdiyi Adriano Korrea transfer prosesi ilə əlaqədar açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Rac1"ə xüsusi reportaj verən Adriano bunları bildirib:

 

"Barselona"dan ayrıldım, çünki heyətə düşmək çox çətin idi. Türkiyəyə getmək fürsəti var idi və bu təklifi dəyərləndirdim. Daimi oynamadıqdan sonra forma şansı qazanarkən oynamaq çox da asan olmur".


Adriano "Barselona"dan ayrıldığı üçün baş məşqçi Luis Enrikeni günahlandırmadığını söyləyib:

 

"Bundan ötrü heç kimi günahlandırmıram. Bəlkə də daha çoxunu etmədiyim üçün özümü günahlandırmalıyam".

 

Qeyd edək ki, Adriano 2010-16-cı illərdə "Barselona"da çıxış edib.

 

Xəbər xətti