"Beşiktaş"ın futbolçusu: "Napoli"yə qol vursam, sevinməyəcəm"

14:09 - 15 Oktyabr 2016

“Beşiktaş”ın futbolçusu Gökhan İnlər Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Napoli”yə qarşı oyundan öncə İtaliya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, isveçrəli futbolçu İstanbula gələn “Mediaset” telekanalının müxbirlərinə açıqlamasında sabiq klubuna qarşı oynayacağına görə sevindiyini deyib:


“Napoli”də möhtəşəm 4 il keçirmişəm. Geri qayıtmaq və onlara qarşı oynamaq gözəl hissdi. Sabiq klubuma qol vursam, sevinməyəcəm. Təbii ki, istəyirəm ki, qalib biz olaq”.
 

Qeyd edək ki, İnlər 2011-2015-ci illərdə “Napoli”də çıxış edib.

 

Əlavə edək ki, “Napoli” - “Beşiktaş” oyunu oktyabrın 19-da, Bakı vaxtıyla saat 22:45-də start götürəcək.

Xəbər xətti