Premyer Liqamızda 8-ci tura bu gün baş tutan "İnter" - "Qəbələ" qarşılşaması ilə start verilib.
Sportal.az xəbər verir ki, 1 - 1 hesablı heç-heçə ilə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb.
- Komandamın oyunundan razı qaldım. Futbolçular yaxşı mübarizə apardılar. Qarşıya qoyulan vəzifələri yerinə yetirdilər. Çoxlu qol vəziyyətləri yaratdıq. Təəssüf ki, matçın sonuna yaxın səhvdən qol buraxdıq. Çalışacağıq ki, bu səhvləri aradan qaldıraq.
- Qriqorçuk ot örtüyünün pis olduğunu dedi. Sizin fikriniz necədir?
- Stadiona nə olub? Qar yağmışdı? Qazonun vəziyyəti ola bilər ki, əvvəlki kimi olmasın. Növbəti mövsüm üçün təbii ot örtüyü ilə əvəz olunacaq. Bu gün şərtlər hər iki komanda üçün eyni idi.
- Nizami Hacıyev sanki narazı idi əvəz olunmağından...
- Xeyr, sadəcə oyunda baş verən epizodlarla bağlı etiraz idi. Əvəzlənməyinə görə narazılıq etmirdi.
saytlarin hazirlanmasi