Millimizin futbolçusu "Beşiktaş"a qarşı oynadı

00:35 - 16 Oktyabr 2016

Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın çıxış etdiyi "Kayserispor" klubu doğma meydanında "Beşiktaş"ı qəbul edib. İstanbul təmsilçisi meydan sahiblərini 1:0 hesabı ilə məğlub edib.

 

Ufuk Budak 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Kayserispor" 7 turdan sonra 5 xal toplayıb və 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti