"İnter"in futbolçusu "Kəpəz"lə oyunda iştirak etməyəcək

11:55 - 17 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turunda "Kəpəz” öz meydanında Bakının "İnter” klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Gəncədə baş tutacaq matça "bankirlər”  itki ilə çıxacaq. Belə ki, paytaxt klubunun baş məşqçisi Zaur Svanadze gənc futbolçusu Fuad Bayramovun xidmətindən istifadə edə bilməyəcək. Buna Bayramovun cəzalı duruma düşməsi səbəb olub.

 

"Qəbələ” ilə oyunda sarı vərəqə alan futbolçu mövsüm ərzində dördüncü xəbərdarlığını alıb. Bu isə onun "Kəpəz”lə oyunda iştirak etməyəcəyi deməkdi. 
 
Qeyd edə ki, "Kəpəz” – "İnter” oyunu oktyabrın 23-də baş tutacaq. 

 

Xəbər xətti