Millinin sabiq üzvü 3-cü liqa klubunda?

15:51 - 17 Oktyabr 2016

Türkiyə millisinin sabiq üzvü Tuncay Şanlı "Sakaryaspor"da çıxış edə bilər.

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu Türkiyə 3-cü liqasında mübarizə aparan sabiq komandası ilə razılığa gəlib. Bu barədə məlumatı Sakarya təmsilçisinin prezidenti İsmayıl Gursəs verib. O, hazırda tərəflər arasında danışıqların davam etdiyini vurğulayıb. 
 
Qeyd edək ki, karyerası ərzində "Fənərbaxça", "Midlsbro", "Stok Siti" "Volfsburq", "Bolton" və "Bursaspor" kimi komandaların formasını geyinən 34 yaşlı futbolçunun son klubu Hindistan "Püne Siti"si olub. Tuncay Türkiyə millisinin heyətində keçirdiyi 80 oyunda 22 qol vurub.

 

Xəbər xətti