Ulduz futbolçu azarkeşlə mərcə girdi: "Bunu bacarmasaq, sənə 100 min avro verəcəm"

13:34 - 18 Oktyabr 2016

Türkiyə Super Liqasında mübarizə aparan "Antalyaspor" klubu mövsümə uğursuz start verib.

 

Sportal.az xəbər verir ki, komanda son turda "Çaykur Rizəspor"la 1:1 hesablı heç-heçə etdikdən sonra azarkeşlər futbolçulara kəskin şəkildə etiraz edib. Stadionu tərk etməyən azarkeşlərn bir müddət futbolçuları fitə basıblar.Azarkeşlər komandanın kapitanı Samuel Etonu yanlarına çağırıb və onunla söhbət ediblər.

 

Tərəfdarlardan biri olan Mehmet Akdeniz Etoya: "Növbəti oyunumuz "Beşiktaş"a qarşıdır. Bu komandanın halı nə olacaq? Nə vaxt udacağıq?" - deyə söyləyib. Ulduz futbolçu isə azarkeşə belə cavab verib: "Ötən mövsüm liqanı ilk 10 yerdə bitirəcəyimizi demişdim və bunu bacarmışdıq. Bu mövsüm də ilk 10 yerdə bitirəcəyik. Buna inan. Əgər bunu bacarmasaq, sənə 100 min avro verəcəm".

 

Samuel Eto daha sonra tərcüməçisinin köməkliyi ilə azarkeşin telefon nömrəsini götürüb.

Xəbər xətti