Türkiyə millisinin daha bir üzvü "Borussiya"da

13:59 - 18 Oktyabr 2016

Almaniya Bundesliqasınd amübarizə aparan "Borussiya" (Dortmund) klubunun qış transfer pəncərəsində heyətinə qatacağı ilk futbolçunun adı məlum olub.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Bayer"in mərkəz müdafiəçisi Ömər Toprakla razılığa gəlib. Türkiyə millisinin üzvü ilə 4 illik müqailə imzalanacaq. "Borussiya" 27 yaşlı futbolçu üçün Leverkuzen klubuna 25 milyon avro ödəyəcək. 
 
Qeyd edək ki, Ömər Toprak 2011-ci ildən "Bayer"də çıxış edir. 
 
Əlavə edək ki, Türkiyə millisinin digər futbolçuları Əmrə Mor və Nuri Şahin də "Borussiya"da çıxış edir.

Xəbər xətti