Droqba "Qalatasaray"a dönmək istəyir

16:55 - 18 Oktyabr 2016

Didye Droqba yenidən "Qalatasaray"da oynamaq istəyir.

 

Sportal.az xəbər verir ki, hazırda ABŞ-ın "Monreal İmpakt" klubunda çıxış edən ulduz futbolçu "cim bom"a dönmək istəyir. 38 yaşlı forvard İstanbul klubuna bu istəyi ilə bağlı xəbər göndərib. O, karyerasını məhz Türkiyə nəhəngində bitirmək arzusundadır.

 

"Qalatasaray" rəhbərliyi də bu fürsətdən istifadə edib dekabrda müqaviləsi başa çatan hücumçunu heyətinə cəlb etmək istəyir. Forma və bilet satışından gəlir götürməyi düşünən "sarı-qırmızılar" azərkeşlərin sevimlisi olan Droqbanı qış transfer pəncərəsi zamanı komandaya cəlb etməyi planlaşdırır.

 

Qeyd edək ki, 2013/2014-cü illərdə "Qalatasaray"da çxış edən təcrübəli futbolçu, meydana çıxdığı 37 qarşılaşmada 15 dəfə fərqlənməyi bacarmışdı.

Xəbər xətti