Ramil Şeydayev üçün şans: Xörəkləri bəyənmir

14:14 - 19 Oktyabr 2016

Mövsümün əvvəlində “Trabzonspor”un böyük ümidlərlə “Portu”dan icarəyə götürdüyü Hyun-Yun Suk özünü heç cür doğrulda bilmir.

 

Sportal.az xəbər verir ki, cənubi koreyalı hücumçunun yeməklərlə bağlı probleminin olduğu ortaya çıxıb. Qaradəniz mətbəxinə öyrəşməyən forvard düzgün qidalanmır, tez-tez xəstələnir və buna görə də birdən-birə 4 kiloqram ağrıqlayıb. Bu səbəbdən futbolçu ona bəslənən ümidləri doğrulda bilmir.

 

“Trabzonspor” Suk üçün Cənubi Koreya mətbəxinin xörəklərini bişirməyi bacaran xüsusi aşpaz gətirməyi planlaşdırır.

 

Qeyd edək ki, millimizin futbolçusu Ramil Şeydayevin də formasını geyindiyi “Trabzonspor” klubunda bu mövsüm heç bir hücumçu Super Liqada qol vura bilməyib.

Xəbər xətti