Türk azarkeşlərə və jurnalistlərə İtaliyada hücum oldu

17:13 - 19 Oktyabr 2016

"Beşiktaş" Çempionlar Liqası qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gecə səfərdə "Napoli"nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "qara qartallar"ı dəstəkləmək üçün İtaliyaya gedən azarkeşlər və bir neçə jurnalist bu ölkədə xoşagəlməz hadisə ilə üzləşib. Dünən gecə saatlarında Neapol küçələrində türk azarkeşlərlə "Napoli" fanatları arasında qarşıdırma yaşanıb.

 

Bundan başqa eyni saatda otelə getmək istəyən 2 türk jurnalistə yerli azarkeşlər tərəfindən bıçaqlı hücum olub. Jurnalistlər xəsarət almadan olaydan canlarını qurtara biliblər.

 

Qeyd edək ki, "Napoli" - "Beşiktaş" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.

Xəbər xətti