"Qalatasaray"ın futbolçusu: "Kiçik yaşlarımda tikintidə işləyirdim"

18:28 - 21 Oktyabr 2016

"Qalatasaray"ın futbolçusu Eren Derdiyok maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, İsveçrə millisinin üzvü kiçik yaşlarında tikintidə işlədiyini bildirib. Türk əsilli forvard daha sonra "Bazel"in akademiyasına getdiyini və ailəsinin dəstəyi ilə futbola diqqət ayırdığını deyib:

 

"Futbolçu olmaq hər zaman mənim xəyalım olub. İndi bu xəyalımı yaşayıram. Futbolçu olmasaydım da idmansız qalmazdım. "Bazel"in akademiyasının mənimlə maraqlandığı vaxtlarda digər idman növləri ilə məşğul olurdum.

 

Kiçik yaşlarımda tikintidə işləyirdim. "Bazel"dəki çıxışımdan sonra 2 işi eyni anda idarə edə bilmədim, ona görə də tikintidəki işimdən çıxdım. Daha sonra ailəmin dəstəyi ilə futbola diqqətimi artırdım".

 

Qeyd edək ki, 28 yaşlı hücumçu bu mövsüm "Qalatasaray" forması ilə meydana çıxdığı 7 qarşılaşmada 5 dəfə fərqlənib.

Xəbər xətti