"Fənərbaxça" Fabreqasa "elçi düşdü"

19:17 - 24 Oktyabr 2016

"Fənərbaxça" "Çelsi"nin futbolçusu Sesk Fabreqası heyətinə qatmaq istəyir.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, qeydə alınan uğursuz nəticələrdən sonra azarkeşlərlə paroblemlər yaşayan İstanbul klubunun rəhbərliyi ispan futbolçunu transfer etməklə nüfuzunu geri qaytarmaq istəyir. Yarımmüdafiə xəttində sıxıntıları olan "sarı-lacivərtlilər" ulduz futbolçunu transfer etməklə bu problemi aradan qaldırmaq istəyindədir.

 

Son zamanlar "Çelsi"də heyətə düşməyən 29 yaşlı yarımmüdafiəçini "Fənərbaxça" yaxından təqib edir. Baş məşqçi Antonio Kontenin sistemində özünə yer tapa bilməyən ulduz futbolçunun komandadan ayrılacağı gözlənilir. İtalyan mütəxəssis də Fabreqasln satılmasını istəyir.

 

"Fənərbaxça" rəhbərliyi İspaniya milli komandasının üzvü üçün London klubuna artıq rəsmi təklif də göndərib. "Zadəganlar"ın bu təklifə necə cavab verəcəyi maraqla gözlənilir.

Xəbər xətti