"Beşiktaş" paytaxtda büdrədi

00:44 - 29 Oktyabr 2016

Türkiyə Super Liqasında 9-cu tura bu gecə baş tutan bir qarşılaşma ilə start verilib.

 

Sportal.az xəbər verir ki, turun açılış matçı Ankarada baş tutub. Paytaxtın "Gənclər Birliyi" komandası "Beşiktaş"ı qəbul edib. Matç 1 - 1 hesablı bərabərliklə yekunlaşıb.

 

Bu nəticədən sonra xallarını 21-ə çatdıran "qara qartallar" bir oyun artıq keçirməklə turnir cədvəlinin zirvəsinə yüksəlib.

Xəbər xətti