"İnter"də şok itki: Millimizin üzvü zədələndi

16:29 - 30 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının X turunda "İnter" doğma meydanda "Sumqayıt"ı qəbul edir.

 

Sportal.az xəbər verir ki, matçın 18-ci dəqiqəsində "bankirlər" ciddi itki ilə üzləşib. Belə ki, uzun müddətdən sonra milliyə çağrılan Rauf Əliyev zədələnib. Əzələsini dartan "İnter"in hücumçusu məyus halda birbaşa soyunub-geyinmə otağına yollanıb.
 
Qeyd edək ki, Raufun yerinə meydana Pərdis Fərcad-Azad daxil olub.

Xəbər xətti