Türkiyədə "Başakşehir" fırtınası davam edir

17:05 - 30 Oktyabr 2016

Türkiyə Super Liqasında 9-cu turun qarşılaşmaları davam edir.

 

Sportal.az xəbər verir ki, 8 turdan sonra məğlubiyyətsiz irəliləyən "Başakşehir" doğma meydanda "Akhisar Bələdiyyəspor"u qəbul edib. Abdulla Avcının yetirmələri bu görüşdə rəqibini 5 - 1 hesabı ilə məğlub etməyi bacarıb.

 

Bu qələbə sayəsində xallarını 23-ə çatdıran İstanbul təmsilçisi turnir cədvəlinin zirvəsinə yüksəlib.

Xəbər xətti