Azərbaycan Premyer Liqasının X turu çərçivəsində keçirilən "İnter" - "Sumqayıt" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatdı.
Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Zaur Svanadze qələbəni şərh edib.
"Qələbə qazandığımıza görə sevinirik. Düzdü, oyuna yaxşı başlamadıq. Daha sonra isə öz oyunumuzu tapdıq. İndi isə "Neftçi" ilə oyuna hazırlaşmalıyıq"
- Rəhbərlikdə dəyişikliyin edilməsi sizin gələcək taleyinizi təsir edəcəkmi?
- Biz öz işimizi görməliyik. Uşaqlar da göstərdi ki, dəyişiklik onlara bir o qədər də pis təsir etmir. Ancaq az da olsa, müəyyən təsiri var idi. Gələcəkdə nələrin olacağını indidən söyləmək çətindi.
- "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk meydançanın vəziyyətindən şikayətlənəndə bunu qəbul etməmişdiniz. Ancaq bu gün eyni səbəb görə Rauf Əliyev zədələndi...
- Rauf "Kəpəz"lə oyunda zədə almışdı. Biz ona istirahət etməyi məsləhət görmüşdük. Ancaq o, oynamaq istəyirdi. Meydançanın vəziyyəti ideal olmasa da, yaxşıdı. Burada futbol oynamaq olar. Ümid edirik ki, "Neftçi" ilə oyuna qədər hazır olacaq.
- Sizcə, bu gün iki qol vuran Nizami Hacıyev milliyə hazırdırmı?
- Bu gün Nizami yaxşı oynadı. Mənim komandan üçün hazır vəziyyətdədi. Ancaq milliyə hazır olub-olmadığını deyə bilmərəm. Buna yığmanın məşqçiləri qərar verməlidi. Millinin məşqçiləri "Neftçi" ilə oyunda da onun oyununa baxa bilər.