Şenol Günəş: "Hədəfimiz 3 xal qazanmaqdı"

18:15 - 31 Oktyabr 2016

"Beşiktaş" Çempionlar Iiqası qrup mərhələsinin 4-cü turu çərçivəsində sabah doğma meydanda "Napoli"ni qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında "qara qartallar"ın baş məşqçisi Şenol Günəş jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssiz onları çox çətin bir oyunun gözlədiyini bildirib:

 

"Qrupda 3 matçımız qaldı. Bu günə qədər oynadığımız oyun və aldığımız nəticələrə baxsaq, deyə bilərəm ki, ilk iki oyunda 3 xala daha yaxın idik. Son oyunda isə daha çətin idi. Buna baxmayaraq son qarşılaşmada 3 xal qazana bilidik. "Napoli"yə qarşıoynayacağımız ikinci matç daha çətin olacaq. Hər zaman oyun üslubuna sadiq olan komandadı. Yuventus"a qarşı da, bizə qarşı da eyni oyunu oynadılar.

 

Heyətimizdə ciddi itkilər var. 5 futbolçumuz bizə kömək edə bilməyəcək. Şərtlər necə olursa olsun, səfərdə oynadığımız futbolu evdə də oynamaq istəyirik. Nəticənin necə olmasından asılı olmayaraq biz gözəl futbol sərgiləmək istəyirik. Təbii ki, hədəfimiz 3 xal qazanmaqdı.

 

Heyətin necə olacağını bilmirəm. Əlimizdəki futbolçulardan istifadə edəcəyik. Futbolda hər zaman dəyişikliklər olur. Ən yaxşı 11-liyi meydana çıxarmağa çalışırıq. Çox risk etməli olduğumuz bir matç deyil. "Napoli" bizi tez cəzalandıra bilər. Rəqibin zəif cəhəti müdafiədə səhvlərə yol verməsidi. İlk oyunda bundan istifadə etdik. Onları qapımızdan uzaq saxlamağa çalışacağıq. Hücumu və müdafiəni birlikdə düşəünmək məcburiyyətindəyik".

 

Qeyd edək ki, "Beşiktaş" - "Napoli" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər xətti