Rauf Əliyevin durumuna aydınlıq gəldi: Milliyə dəvət almayacaq

15:15 - 1 Noyabr 2016

Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt” üzərində qələbə qazanan "İnter”də fasilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, "bankirlər” bu gündən etibarən "Neftçi” ilə oyunun hazırlıqlarına başlayıb. "Sumqayıt”la oyunun 21-ci dəqiqəsində zədə alan Rauf Əliyev kollektivdən kənarda qalıb. Ayağının arxa əzələsində zədəsi olan forvardın "Neftçi” ilə oyunda iştirak etməyəcəyi dəqiqdir.

 

Millimziin üzvü 2-3 həftəlik sıradan çıxıb. Bu isə o deməkdir ki, 28 yaşlı hücumçu DÇ-2018-in seçmə mərhələsində noyabrın 11-də Şimali İrlandiya ilə keçiriləcək oyun üçün millimizə çağırılmayacaq.

 
Qeyd edək ki, "Neftçi” – "İnter” oyunu noyabrın 5-i saat 17:00-da keçiriləcək.

Xəbər xətti