"Beşiktaş" Türkiyə futbolu tarixində ilkə imza atdı

17:30 - 2 Noyabr 2016

Türkiyə futbolu tarixində bir ilk yaşanıb.

 

Sportal.az xəbər verir ki, bu dünən gecə Çempionlar Liqasının qrup mərhələsinin "Beşiktaş" - "Napoli" matçinda (1:1) baş verib. Belə ki, "qara qartallar" meydana 11 legioner futbolçu ilə çıxıb. Bu göstəriciyə görə "Beşiktaş" Türkiyə futbolunun tarixinə düşüb.

 

Heyətdə zədəli futbolçuların çox olması səbəbindən İstanbul nəhənginin baş məşqçisi Şenol Günəş start heyətdə heç bir türk futbolçuya şans verməyib. Meydana çıxan bütün futbolçular legionerlər olub. İndiyə kimi heç bir türk klubu meydana 11 legioner futbolçu ilə çıxmayıb.

Xəbər xətti