"Trabzonspor" qış transfer pəncərəsi üçün 10 milyon avro ayırdı

12:12 - 3 Noyabr 2016

Türkiyənin "Trabzonspor” klubu qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisinin rəhbərliyi qışda komandanın transfer etməsi üçün 10 milyon avro ayıracaq.
 

Komandanın baş məşqçisi Ersun Yanal müdafiə, yarımmüdafiə və hücum xəttinin gücləndirlməsini istəyir. "Trabzonspor"un yanvarda heyətinə cəlb etmək istədiyi futbolçulardan biri isə Moskva "Spartak”ında forma geyinən Sərdar Taşçıdı. Artıq futbolçunun transfer edilməsi ilə bağlı danışıqlar start götürüb. 
 
"Bordo-mavili"lərin skautlarının Holandiya və Afrikada futbolçu axtarşına çıxdığı da iddia edilir. 
 
Qeyd edək ki, millimizin hücumçusu Ramil Şeydayev də hazırda "Trabzonspor”da çıxış edir.

Xəbər xətti