Yanal Ramil Şeydayevə yenə şans verməyəcək

11:11 - 5 Noyabr 2016

Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Trabzonspor" klubu səfərdə son çempion "Beşiktaş"la qarşılaşacaq.

 

"Bordo-mavili"lərin çalışdırıcısı Ərsun Yanal son məşqdə futbolçularla toplantı keçirib. O, növbəti İstanbul səfərindən də 3 xalla qayıtmağı komandanın qarşısına məqsəd qoyub.

 

Təcrübəli mütəxəssis hücumun mərkəzində Dame Ndoyeyə şans verəcək. Hücumun cinahlarında isə Yusuf və Boro çıxış edəcək. Ramil Şeydayev isə ən yaxşı halda oyuna sonradan daxil ola biləcək.

 

Qeyd edək ki, "Beşiktaş" - "Trabzonspor" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək

Xəbər xətti