Millimizin üzvünün baş məşqçisinin istefası qəbul olunmadı

10:29 - 7 Noyabr 2016

Türkiyə Super Liqasında mübarizə aparan "Kayserispor” klubunun baş məşqçisi Hakan Kutlu çempionatın X turunda "Osmanlıspor”la səfər matçından sonra (1:1) keçirdiyi mətbaut konfransında istefa verdiyini açıqlayıb. 
 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi 44 yaşlı çalışdırıcının istefasını qəbul etməyib. Kutlu bu gündən etibarən yenidən komandanın "sükanı arxası”nda olacaq. 
 
Qeyd edək ki, millimizin üzvü Ufuk Budak hazırda "Kayserspor”da çıxış edir. O, daha əvvəl "Qaziantep BB"də Kutlunun rəhbərliyi altında oynamışdı və 44 yaşlı çalışdırıcının istəyi ilə komandaya transfer edilmişdi. 

 

Xəbər xətti