"Fənərbaxça"nın ulduz futbolçusu gözündən xəsarət aldı

11:11 - 7 Noyabr 2016

Türkiyə Super Liqasının 10-cu turunda “Akhisar Bələdiyyəspor” - “Fənərbaxça” (1:3) matçında qonaqların hollandiyalı ulduzu Robin van Persi qarşılaşmada ciddi zədə alıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu oyunun 26-cı dəqiqəsində hesabı açıb. Hissənin sonlarında rəqib futbolçu ilə toqquşan van Persi gözündən xəsarət alıb. Onun gözü tamamilə qanla örtülüb. Futbolçu dərhal xəstəxanaya çatdırılıb.

 

Müayinələrdən sonra isə zədənin ciddi olmadığı müəyyənləşib.

Xəbər xətti