"Beşiktaş"ın futbolçusu məhkəmə qarşısında

16:52 - 8 Noyabr 2016

"Beşiktaş"ın braziliyalı futbolçusu Adriano İspaniyada məhkəmə qarşısına çıxacaq.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi bu gün hakim qarşısına çıxacaq. Buna səbəb "sambaçı"nın vergidən yayınmaqda ittiham olunmasıdı. Belə ki, 6 il "Barselona"da çıxış etmiş təcrübəli futbolçu 614 min avro vergi ödəməmkdə ittiham olunur.

 

Qeyd edək ki, Adrianodan başqa "Barselona"nın futbolçuları Lionel Messi, Neymar, Xavyer Maskerano da vergidən yayınmaqda günahlandırılmışdı.

Xəbər xətti