Türkiyə millisində itki: Heyətdən kənarlaşdırıldı

19:54 - 8 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kosovo ilə qarşılaşacaq Türkiyə milli komandasının heyətində itki baş verib.

 

Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Ömər Toprak sıradan çıxıb. 27 yaşlı futbolçunun əzələsində zədə aşkarlanıb. Buna görə də Ömər Toprak milli komandanın heyətindən kənarlaşdırılıb.

 

Qeyd edək ki, Türkiyə - Kosovo matçı noyabrın 12-də Antalyada baş tutacaq.

Xəbər xətti