"Qalatasaray" futbolçusunu əfv etdi

01:14 - 9 Noyabr 2016

"Qalatasaray”ın baş məşqçisi Yan Olde Riekerink bir müddət öncə aşağı yaşı qrupları üzrə komandaya göndərdiyi Yasin Öztəkinlə bağlı yeni qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, türkiyəli futbolçu yenidən əsas komandaya qaytarılıb. Belə ki, 29 yaşlı futbolçu bu gün əsas komandanın məşqində iştirak edib. O, kollektivlə birgə çalışıb. 
 
Qeyd edək ki, Yasin Öztəkin "Adanaspor”a qarşı keçirilən oyun zamanı hörmətsizlik etmişdi. O, əvəzlənməsinə etiraz əlaməti olaraq ehtiyat oyunçular skamyasında formasını yerə atmış və oturacaqların şüşəsinə yumruq vurmuşdu.

Xəbər xətti