"Beşiktaş"ın futbolçusu: "Karyeramızı 50 yaşında bitirək?"

01:28 - 10 Noyabr 2016

Portuqaliya milli komandasının üzvü Rikardo Kuarejma Avro-2016-nın qalibi olmaqları ilə fəxr edir.

 

Sportal.az xəbər verir ki, "Beşiktaş"ın futbolçusu ölkəsinin mətbuatına açıqlama verib. Ulduz futbolçu milli komanda ilə qazanılan uğurun onun üçün xüsusi olduğunu vurğulayıb:

 

"Heç vaxt unuda bilməyəcəyim bir uğurdu. Klubunuzla bir çox kuboklar qazana bilərsiz, hətta Çempionlar Liqasını da. Amma ölkənizlə qazanmaq daha çox özəl bir hissdi. Özümü tamamlanmış hiss edirəm. Xəyallarımı gerçəkləşdirdim. Qazanmağım lazım olanları qazandım".

 

33 yaşlı yarımmüdafiəçi jurnalistin "Karyeranı Ronaldo ilə birlikdə "Sportinq"də bitirmək istəyərəsən?" sualına "Ronaldo "Real"la 5 illik müqavilə imzaladı. Karyeramızı 50 yaşında bitirək? Bu çox çətindi" deyə cavab verib.

 

Təcrübəli futbolçu özünü yaxşı hiss etdiyi müddətə qədər karyerasını davam etdirəcəyini bildirib: "Klubuma kömək edəcək gücə sahib olduqca futbol oynamağı davam etdirəcəm. Əgər vücudum artıq tab gətirməyəcəksə karyeramı bitirəcəm. Kiməsə görə özümü məcbur etməyəcəm".

Xəbər xətti