"Fənərbaxça"nın futbolçusu millinin oyununda zədələndi

11:11 - 10 Noyabr 2016

Türkiyənin "Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubunun aparıcı futbolçusu Cermein Lens sıradan çıxıb. 
 
28 yaşlı futbolçu Hollandiya millisinin heyətində ötən gün Belçikaya qarşı keçirilən yoxlama oyununun 65-ci dəqiqəsində zədələnib və oyunu davam etdirə bilməyib. Matçdan sonra açıqlama verən yığmanın çalışdırıcısı Denni Blind futbolçunun əzələsində zədə olduğunu açıqlayıb. Lens bu zədəyə görə, yığmanın DÇ-2018-in seçmə mərhələsində Lüksemburqa qarşı keçirəcəyi matçda iştirak etməyəcək. 
 
Futbolçunun hansı müddətdə zədəsini bərpa edəcəyi isə aparılacaq tibbi müayinələrdən sonra bəlli olacaq.

 

Hücumçu böyük ehtimalla Türkiyə Super Liqasının növbəti turunda baş tutacaq "Fənərbaxça” – "Qalatasaray” derbisində iştirak etməyəcək.
 
Qeyd edək ki, İstanbul derbisi noyabrın 20-də keçiriləcək. 

 

Xəbər xətti