Ərsun Yanal Şeydayevin mövqeyinə transfer tələb etdi

14:41 - 10 Noyabr 2016

 “Trabzonspor” klubu qış transfer pəncərəsində heyətini gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, "bordo-mavili"lərin çalışdırıcısı Ərsun Yanal rəhbərlikdən minimum 3 transfer tələb edib. Təcrübəli mütəxəssis müdafiənin sağ, yarımmüdafiənin mərkəzi və hücum xəttinin gücləndirilməsini istəyir. 

 

Super Liqa klubunun transfer hədəfləri də artıq məlumdur. Yanalın gözaltı etdiyi futbolçulardan biri PSV-nin cinah hücumçusu Lusiano Narsinqdir. Qara dəniz təmsilçisi "Borussiya"nın yarımmüdafiəçisi Nuri Şahini və "Aston Villa"nın müdafiəçisi Mika Riçardsı da sıralarına qatmaq niyyətindədir.


Xatırladaq ki, millimizin hücumçusu Ramil Şeydayev “Trabzonspor”un şərəfini qoruyur. Ancaq Ərsun Yanal millimizin üzvünə Super Liqa oyunlarında şans verməyib.

 

Əlavə edək ki, 10 turdan sonra aktivində 11 xal olan “Trabzonspor”  Super Liqanın 13-cü pilləsində qərarlaşıb.

 

Xəbər xətti