"Qəbələ"nin rəqibində yeni müqavilə

15:29 - 10 Noyabr 2016

Almaniyanın "Maynts" klubunda yeni müqavilə gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa klubu Suat Sərdarın müqavilə müddətini artırıb. 19 yaşlı yarımmüdafiəçi ilə 2021-ci ilin yayına qədər yeni müqavilə imzalanılıb.
 
Qeyd edək ki, Almaniyanın 19 yaşlılardan ibarət komandasının da formasını geyinən Suat "Maynts”ın yetirməsidi. O, ötən il əsas komandaya cəlb olunub. 
 
Onu da əlavə edək ki, "Maynts” Avropa Liqasında "Qəbələ” ilə eyni qrupda yer alıb və Bakıda keçirilən görüşdə "qırmızı-qaralar"a 3:2 hesabı ilə qalib gəlib.

 

Xəbər xətti