Türkiyənin "Alanyaspor" klubunun futbolçusu Vaqner Lav populyar etdiyi saç stilindən danışıb.
Sportal.az xəbər verir ki, 32 yaşlı braziliyalı hücumçu məşhur saçlarından imtina etməsinin səbəbini də açıqlayıb.
"Hər kəs məni saçlarıma görə xüsusi olaraq yadda saxlayıb. Bu, həqiqətən də belədir. İstəməzdim ki, saçlarımla vidalaşım. Amma saçlarım tökülməyə başladı və mən də onları kəsdirdim. Heç cür onları qoruya bilmədim".
Qeyd edək ki, yayda "Monako"dan "Alanyaspor"a transfer olan Lav bu mövsüm 1 qol vurub.
Əlavə edək ki, Bakının "İnter" klubunda çıxış edən Denis Silva da bir müddətdir ki, Vaqner Lavın saç düzümündən istifadə edir.
saytlarin hazirlanmasi