"Trabzonspor" İngiltərə millisinin sabiq üzvünü transfer edir

16:33 - 11 Noyabr 2016

Türkiyə Superliqasında işləri qaydasında getməyən "Trabzonspor” klubu qışda heyətini gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi artıq bir neçə futbolçu ilə danışıqlara başlayıb. 
 
Həmin futbolçular arasında İngiltərə millisinin sabiq üzvü Mika Riçardsın da adı var. "Daily Mirror”da yer alan xəbərə görə, "Aston Villa”da əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu qışda milli komandamızın üzvü Ramil Şeydayevin də formasını geyindiyi "Trabzonspor”a üz tuta bilər. 
 
Qeyd edək ki, 28 yaşlı müdafiəçi karyerası ərzində  "Mançester Siti” və "Fiorentina” kimi klublarda oynayıb. Riçards 8 dəfə İngiltərə millisinin formasını geyinib. 

Xəbər xətti