"Fənərbaxça"nın futbolçusu derbidə oynamayacaq

18:32 - 11 Noyabr 2016

"Fənərbaxça" “Qalatasaray”la oyuna ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər"in aparıcı futbolçularından olan Cermen Lens zədə səbəbindən derbini buraxmalı olacaq.

 

28 yaşlı yarımmüdafiəçi Hollandiya millisinin Belçika ilə keçirdiyi hazırlıq qarşılaşmasında (1:1) zədələnib.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" matçı noyabrın 20-i keçiriləcək.

Xəbər xətti