Fatih Terim: "Sürpriz istəmirik"

12:03 - 12 Noyabr 2016

Türkiyə milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində doğma meydanda Kosovayla qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında "ay-ulduzlular"ın baş məşqçisi Fatih Terim jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis onları çətin oyunun gözlədiyini bildirib:

 

“Seçmə mərhələnin ilk oyununda səfərdə Xorvatiya ilə heç-heçə etdik. Bu, yaxşı nəticədi. Ancaq sonradan İslandiyaya səfərdə 0:3 hesabıyla məğlub olduq. Bunu normal nəticə sayıram. Bu komandaların hər ikisiylə evdə oynayacağıq. Əslində, biz sadəcə, 2 xal itirmişik. Xorvatiya ilə səfər oyununda hamı bizim 4-5 qol buraxacağımızı düşünürdü. Ancaq uşaqlar meydana çıxdılar və 1 xal aldılar.

 

Sabah bizim Kosovaya qarşı çox çətin oyunumuz var. Hamı bu oyunun bizim üçün asan keçəcəyini düşünür. Ancaq belə deyil. Hansısa sürpriz istəmirik. Bundan öncəki kimi tələyə düşməyəcəyik”.

 

Terim milli komandanın kapitanlıq bazübəndini kimin taxacağına da aydınlıq gətirib: "Arda millidə hamıdan çox oyun keçirib. Ona görə də kapitan o olacaq".

 

Qeyd edək ki, Türkiyə - Kosova görüşü bu gecə saat 23:45-də start götürəcək.

Xəbər xətti