"Trabzonspor" hücum xəttində rəqabəti artırır

17:50 - 12 Noyabr 2016

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin də formasını geyindiyi "Trabzonspor" hücum xəttində rəqabəti artırmağı düşünür.

 

Sportal.az xəbər verir ki, Trabzon təmsilçisi "Rizəspor"un forvardı Leonard Kueukeni qışda transfer etməyi düşünür.
 
30 yaşlı kamerunlu hücumçu 2013-cü ildən şərəfini qoruduğu Rizə təmsilçisində 69 oyunda 32 qola imza atıb, 9 məhsuldar ötürmə edib.

 

Cari mövsümdə Dame N Doye, Muhammet Demir, Hjun-Jun Suk və Ramil Şeydayevin qol susqunluğu yeni hücumçu transferinə təkan verən amildir.
 
Hazırda "Trabzonspor” Türkiyə Superliqasında 11 xalla 13-cü yerdədir. Şeydayev bu yaydan çıxış etdiyi "Trabzonspor"da Superliqada hələ debüt etməyib. 21 yaşlı hücumçu ölkə kubokunda 2 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti