Səlahət Ağayev "Neftçi"yə keçir?

10:55 - 14 Noyabr 2016

Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev mövsümün sonuna qədər "İnter"dən ayrılmayacaq.

 

Sportal.az xəbər verir ki, bunu Futbol11.az-a açıqlamasında qolkiperin özü deyib.
 

Bundan başqa o, "Neftçi"yə keçəcəyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib. Ağayev bu keçidlə bağlı ona heç kimin müraciət etmədiyini söyləyib: 
 
"Başqalarının adından danışmağa ixtiyarım yoxdu. Ancaq nə başqa biri, nə də Prosineçki mənə "Neftçi”yə keçməyimlə bağlı müraciət edib. Belə məsələ olsaydı, gizlətməzdim, açıq-aşkar deyərdim. Qışda təklif olsa belə, heç yerə gedən deyiləm. Ən azı mövsümün sonuna qədər "İnter”in uğurları üçün çalışacam. "İnter” mənim doğma komandamdı”.

Xəbər xətti