Komandasını 20 qol vurduğuna görə cəzalandırdı

11:11 - 14 Noyabr 2016

Türkiyənin Ordu şəhərinin birinci həvəskarlar liqasında "Ulubəy Bələdiyyəspor" səfərdə "Kabataşspor"u 20:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, qalib komandanın prezidenti İsa Türkcan rəqibə hörmət etməyərək həddindən artıq qol vurduğu üçün futbolçularını cəzalandıracağını açıqlayıb. 


Klub rəhbəri onları qələbə üçün nəzərdə tutulmuş pul mükafatından məhrum edib.

Xəbər xətti