Fatih Terim: "Ardanın dedikləri onu heyətə almağıma kömək etdi"

13:39 - 14 Noyabr 2016

Türkiyə millisinin baş məşqçisi Fatih Terim DÇ-2018-in seçmə mərhələsində Kosovo üzərində 2:0 hesablı qələbədən sonra jurnalistlər önünə çıxıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı yığma ətrafında son günlərdə baş verən hadisələdrə də aydınlıq gətirib. 


Terim öncə istefası ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirib:

 

“Mənim istefadan xəbərim yoxdur. Çünki oyundan öncə olan mətbuat konfransından sonra tamamilə matça motivasiya oldum. Telefonum bağlı idi və heyətdən də kimsə mənə bir şey söyləmədi. Mən belə bir şey dedim? Xeyr. Məlum bir qrup var ki, onların dedikləridir bunlar. Əgər məğlub olsaydıq da, istefa haqqında düşünməyəcəkdim. Burdayam və işlərimiz çoxdur. İstefa qərarını Türkiyə Futbol Federasiyası verəcək. Nəsə olsa da, birbaşa onlara deyərəm. İstefam bəzi insanların arzusudur. Kiçik bir informasiya da sosial şəbəkələrdə sürətlə yayılır. İstefa etsəydim, bunun öncədən edərdim. Mən doğru bildiyimi edirəm. İstefa etsəm, min dəfə edərəm”.

 

Mütəxəssis Arda Turan, Burak Yılmaz, Səlçuk İnan və Gökhan Gönülü milli mənfəətlər üçün komandaya çağırdığını, ancaq söz-söhbətlərə yol açan hadisələri yox saymadığını ifadə edib:

 

“Mən həmişə eyni düşüncədəyəm. Söz-söhbətlərə yol açan hadisələri silmək mümkün deyil. Onları heyətə saldım, amma ürəyimdəki inciklik davam edir. Milli mənfəətlərin onları geri qaytarmağıma kömək oldu. Heyəti açıqlamağıma az qalmış bir önəmli telefon zəngi gəldi və bu 4 oyunçuya dəvət göndərdim. Həmin telefon danışıqları məni Arda ilə görüşməyə məcbur etdi. Əmrə Bəlözoğlu önəm verdiyim adamdır. Mətbuatda minlərlə adamın adı çəkilir ki, Arda ilə münasibətlərimizi yaxşılaşdırmaya kömək etdi. Hər şeyi Əmrə Bəlözoğlu etdi. Əmrənin istədikləri və Ardanın dedikləri onu heyətə almağıma kömək etdi. Bu qərar məni tam xoşbəxt etmədi. Yaşananları silmək mümkün deyil. Amma peşəkarlıq elədir ki, bəzən lazım olan kimi davranmalısan”.

 

Terim Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Ardanı milliyə çağırmaqla bağlı göstəriş verdiyinə dair gəzən şaiyələri təkzib edib:

 

“Prezidentimizin mənə göstəriş veridyini deyənlər var. Amma bu qədər işlər var ikən Ardanın qaytarılmasını ona aid etmək haqsızlıq. Rəcəb Tayyip Ərdoğan hər oyundan sonra bizə zəng edir. Pis gündə də, yaxşı gündə də yanımızdadır. Amma indiyə qədər kimi heyətə çağırmalı olduğumu deməyib. Bəzi insanlar da onları heyətə qaytarmağıma üzülür. Biz hər şeyi ölkə üçün etdik. Televiziyalar, qəzetlər kiminsə şəxsi intiqam yeri olmamalıdır. Mənim yanımda pencəyinin düyməsini aça bilməyənlər indi özlərini igid sayırlar”.

 

Çalışdırıcı “futbolçular xalqdan üzr istəməsə, heyətə almaram” sözlərini heç vaxt demədiyini ifadə edib:

 

“Mən belə bir şey deməmişəm. Yaxşı oxumamısınız. Mən öz üzərimə düşəni Avropa çempionatında İspaniyaya uduzduqdan sonra söylədim. Üzr istədim. Heç kimə üzr istədə bilmərəm. Sadəcə dedim ki, futbolçular məndən yox, xalqdan üzr istəməlidirlər. Ondan sonra da heç bir baş məşqçinin etməyəcəyi şeyi edib yuxarıda adını çəkdiyim 4 futbolçunu heyətdən uzaqlaşdırdım”.

 

Xəbər xətti