Trabzonspor hücum xəttini dəyişir

11:11 - 15 Noyabr 2016

Türkiyə Super Liqasında mübarizə aparan "Trabzonspor"da bu mövsüm istənilən oyunu nümayiş etdirməyən Muhammed Dəmir qış fasiləsində klubunu dəyişə bilər.

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi heyətə 1-2 hücumçu transfer etdikdən sonra Dəmirin komandadan göndərilib-göndərilməməsinə qərar verəcək. "Bordo-mavili"lər cənubi koreyalı hücumçu Hun Yun Suku məxsus olduğu kluba - "Portu"ya göndərmək niyyətindədir.

 

Baş məşqçi Ərsun Yanalın istəyi ilə "Trabzonspor"un əsas transfer hədəfi "Rizəspor"un forvardı Leonard Kueuke və PSV-nin cinah hücumçusu Lusiano Narsinqdir.

 

Cari mövsümdə Dame N Doye, Muhammet Demir, Hjun-Jun Suk və Ramil Şeydayevin qol susqunluğu yeni hücumçu transferinə təkan verən amildir.
 
Hazırda "Trabzonspor” Türkiyə Super Liqasında 11 xalla 13-cü yerdədir. Şeydayev bu yaydan çıxış etdiyi "Trabzonspor"da Superliqada hələ debüt etməyib. 21 yaşlı hücumçu ölkə kubokunda 2 oyun keçirib və 1 qol vurub.

 

Xəbər xətti