Türkiyə klubuna "Neftçi"yə görə cəza verildi

11:32 - 16 Noyabr 2016

Türkiyənin "Alanyaspor" klubu TFF tərəfindən cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, buna Super Liqa təmsilçisinin "Neftçi" ilə yoxlama matçı keçirməsi olub.
 
Belə ki, qardaş ölkə təmsilçisi yoxlama oyunu keçirəcəyi ilə bağlı məlumatı federasiyaya verməyib. Bunu əsas gətirən qurum "Alanyaspor"a 15 min türk lirəsi dəyərində cərimə kəsib.
 
Qeyd edək ki, iyulun 23-də keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.

Xəbər xətti