İstanbul derbisinin hakimi müəyyənləşdi

17:51 - 16 Noyabr 2016

Türkiyə Super Liqasının XI turu çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" matçını idarə edəcək hakimin adı müəyyənləşib.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul derbisi Cüneyt Çakıra həvalə olunacaq.
 
Gün ərzində xəbərin rəsmən açıqlanacağı gözlənilir. Maraqlıdı ki, cari mövsümdə "Fənərbaxça"nın matçını idarə etməyən təcrübəli referi, cəmi 1 dəfə "Qalatasaray"ın oyununda fit çalıb.
 
Qeyd edək ki, tərəflərin son 10 oyununun 3-də fit çalan referi 2 dəfə "Fənərbaxça"nın, 1 dəfə də "Qalatasaray"ın qələbəsinə şahidlik edib.

 

Xəbər xətti