Futbolçu qəza törətdi FOTO

19:22 - 16 Noyabr 2016

Türkiyənin "Çaykur Rizəspor" klubunun futbolçusu Leonard Kveuke avtomobil qəzası keçirib.

 

Sportal.az xəbər verir ki, hadisə hücumçunun komandanın axşam məşqinə gedərkən baş verib.
 
Hadisəyə səbəb isə yağışlı hava nəticəsində yolun sürüşkən olması göstərilir. Bu səbəbdən Kveuke idarəetməni itirib və avtomobili işıq dirəyinə çırpıb. Təcili xəstəxanaya çatdırılan kamerunlu forvardın durumunun yaxşı olduğu bildirilir.

 

Xəbər xətti