"Milan" "Fənərbaxça"nın futbolçusuna "elçi düşdü"

00:43 - 17 Noyabr 2016

"Fənərbaxça"nın aparıcı üzvlərindən olan Simon Kyaer İtaliya nəhənginin diqqət mərkəzindədi.

 

Sportal.az xəbər verir ki, "Milan" danimarkalı müdafiəçini heyətinə qatmaq istəyir. "Corriere dello Sport"un yazdığına görə Seria A təmsilçisi son zamanlar yaxşı oyun göstərən mərkəz müdafiəçisini qış transfer pəncərəsi zamanı rənglərinə bağlamaq istəyir.

 

Karyerası əzrində İtaliyanın "Palermo", "Roma" klublarında çıxış etmiş 27 yaşlı futbolçu ilə "Milan"dan başqa bu ölkənin "İnter" klubu da maraqlanır.

Xəbər xətti