"Fənərbaxça" prezidentindən derbi açıqlaması: "Biz qazanacağıq"

16:58 - 17 Noyabr 2016

 “Fənərbaxça”nın prezidenti Aziz Yıldırım həftəsonu “Qalatasaray”a qarşı keçirəcəkləri derbi oyunu haqqında danışıb.

 

Sportal.az xəbər verir ki, klub sahibi maraqlı açıqlamaları ilə diqqət çəkib. Yıldırım derbini “Fənərbaxça”nın qazanacağını deyib:

 

“Bütün biletlər satılıb. Azarkeşlərimizə təşəkkür edirik. Onlardan heç bir şeyə uymamalarını və matçı izləmələrini xahiş edirəm. Derbini biz qazanacağıq. Biz onları ən zəif vaxtımızda 6:0 udduq”.

 

Qeyd edək ki, Fənərbaxça" - "Qalatasaray" qarşılaşması 20 noyabr tarixində baş tutacaq.

Xəbər xətti