"Antalyaspor"da Eto şoku

18:15 - 17 Noyabr 2016

Türkiyənin "Antalyaspor" klubu ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Antalya təmsilçisinin əsas qol silahı olan Samuel Eto sıradan çıxıb. Ağrılar hiss edən kamerunlu forvard tibbi müayinədən keçdikdən sonra durumunun ciddi olduğu məlum olub. 35 yaşlı qolçunu hər iki ayaq əzələlərində zədə aşkarlanıb.

 

Təcrübəli futbolçu müalicə üçün İngiltərəyə yollanıb. Onun müalicəsini orada davam etdirəcəyi və tam sağaldıqdan sonra Türkiyəyə dönəcəyi bildirilir. İlkin ehtimallara görə Eto ən azı 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Ulduz futbolçunun 2016-cı ili başa vurması da gözlənilir.

Xəbər xətti